Aydın Mirzəzadə: ?Azərbaycan siyasi məhbuslar üzrə məruzəçinin fəaliyyətinə uyğun addımlar atacaq?

img

29-04-2009 [06:11]


[b]Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının ikinci iş günündə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştasserin təyinatı təsdiqlənib. Qeyd edək ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti bu təyinatın əleyhinə çıxıblar. K.Ştarsser isə yaxın müddət ərzində Azərbaycana gələrək, məsələni araşdıracağını bildirib.[/b] Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə AŞ PA-nın bu addımını mənfi qiymətləndirdiyini və əvvəlki mövqeyində qaldığını deyib: ?Mən yenə də o fikirdəyəm ki, bu, Avropa Şurasının ən böyk səhvidir, ümumiyyətlə, üzv olan ölkələrə qarşı ikili standartdır. Azərbaycandan ağır durumda olan ölkələr var ki, onlara nəinki məruzəçi təyin edilməyib, heç bu məsələ yada salınmır. Digər tərəfdən, Avropa Şurası axı məhkəmə deyil. Bu gün Avropa Şurası Azərbaycanda siyasi məhbus probleminin olmasını iddia etmir, bildirir ki, bu məsələni araşdıracaq. Araşdırma aparacaq, hər hansı bir problem ortaya çıxmayanda da bəyan edəcək ki, problem yoxdur?. A.Mirzəzadə onu da bildirib ki, Azərbaycan hakimiyyəti sözügedən məsələylə bağlı öz adımlarını atacaq. Onun sözlərinə görə, Azərbaycan siyasi məhbuslar üzrə məruzəçinin fəaliyyətinə uyğun addımlar atacaq. Xatırladaq ki, hüquq müdafiəçisi Leyla Yunus bu günlərdə siyasi məhbuslar üzrə məruzəçi ilə görüşüb. Hüquq müdafiəçisi K.Ştrasserin Azərbaycanda insan haqları sahəsində problemlərin olması ilə bağlı fikirlərini mətbuata açıqlamışdı. YAP-çı deputat isə məsələyə münasibət bildirmək istəmədiyini vurğulayıb: ?Mən bilməzdim ki, Leyla Yunus Avropa Şurasının bu məsələlər üzrə vəkilidir. Əslində o, Azərbaycanda insan haqları ilə bağlı QHT rəhbəridir. Oturub həmin məruzəçini gözləməlidir. Ona görə də onun dediklərinə şərh vermək fikrim yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA