Dağlıq Qarabağ ətrafında aparılan danızıqlar ABŞ-da müzakirə ediləcək

img

04-05-2009 [03:47]


?Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Departamentinin dəvəti ilə ora səfər edib. Səfər çərçivəsində bir neçə görüşlərin keçirilməsi də nəzərdə tutulur. Planlaşdırılan görüşlərdən biri də ABŞ dövlət katibi xanım Hillari Klintonla görüşdür?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib. Onun sözlərinə görə, E.Məmmədyarov daha sonra Pentaqonda və Təhlükəsizlik Şurasında görüşlər keçirəcək: ?Bundan başqa, cənab nazirin bizim bölgə ilə məşğul olan tanınmış ABŞ ekspertləri ilə görüşü də nəzərdə tutulur?. E.Poluxov onu da bildirdi ki, görüş zamanı ikitərəfli münasibətlər, regionda baş verən hadisələr müzakirə ediləcək: ?Xüsusən də, Dağlıq Qarabağ ətrafında aparılan danışıqlar müzakirə ediləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA