Kəmaləddin Heydərov haradadır?

img

03-05-2009 [04:36]


Son iki ildə ölkədə baş verən hər hansı bir faciə yerində ilk olaraq görünən fövqəladə hallar naziri Kəmaləddin Heydərov olurdu. K.Heydərovun bu addımından sonra digər nazirlər də hadisə yerinə gələrək, vətəndaşların dərdinə şərik çıxmaları barədə görüntü yaradırdılar. Amma Dövlət Neft Akademiyasında baş verən faciə zamanı K.Heydərov görünmədi. Bu isə son günlər səhhətində yaranan problemlərdən dolayı K.Heydərovun Almaniyada müalicə olunmasıyla bağlı yayılan şaiyələri qüvvətləndirdi. K.Heydərovun işə çıxıb-çıxmamığını dəqiqləşdirmək üçün dünən gün ərzində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Bu səbəbdən də FHN rəhbərinin hazırda xaricdə olub-olmadığını rəsmi şəkildə dəqiqləşdirə bilmədik. Amma K.Heydərovun səhhəti ilə bağlı yayılan xəbərlərin onun yaxın ətrafında da müəyyən narahatlıq yaratdığı gizlədilmir. Əgər fövqəladə hallar naziri yaxın günlərdə meydana çıxaraq, bu şaiyələrə son qoymasa, o zaman ətrafında qopmalarıın baş verməsi sürətlənəcək. Nəticədə rəqiblərinin onun sıxışdırması üçün əlavə şansı qazanacağı qaçılmaz olacaq...

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA