Mayın 26-na qədər Gürcüstanda qan tökülə bilər

img

01-05-2009 [04:39]


?Tbilisidə yerləşən ?Marriot? otelində Gürcüstan müxalifətinin liderləri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə vətəndaş cəmiyətinin nümayəndələri bir daha müxalifət liderlərinə iqtidarla dialoqa başlamağı tövsiyə ediblər. İqtidar nümayəndələri isə bildiriblər ki, onlar öz tələblərindən geri çəkilməyəcəklər və prezident Mixail Saakaşvilinin istefasına nail olacaqlar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinin Gürcüstan bürosunun əməkdaşına İraklii Çikladze deyib. Onun sözlərinə görə, müxalifət aksiyaları təkcə Tiflisdə yox, Gürcüstanın bütün yerlərində həyata keçirmək niyyətindədir: ?Ancaq müşahidələrimə görə, isə Tiflisdə keçirilən aksiya iştirakçılarının sayı günü gündən azalmaqdadır. Aksiyaların keçirildiyi üçün Rustavelli prospekti, Azadlıq meydanı və İctimai Televiziyanın qarşısı hərəkət üçün bağlıdır. Hələlik iqtidar bu məsələdə sakitlik nümayiş etdirir. Onlar tədricən aksiyaların zəifləyəcəyinə inanırlar. Onu da qeyd edək ki, mayın 26-sı Gürcüstanda müstəqillik günüdür. Əgər müxalifət öz aksiyalarını davam etdirsə, o zaman Rustaveli prospektində hərbi paradın keçirilməsi mümkün olmayacaq. Ona görə də mayın 26-na qədər müxalifətlə iqtidar arasında qarşıdurmanın baş verməsi gözlənilir. Ola bilsin ki, bayram tədbirləri və hərbi parad başqa məkanda keçrilsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA