ABŞ Azərbaycandakı səfirini Vazinqtona çağırdı

img

01-05-2009 [02:48]


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri xanım Ənn Dersi təcili olaraq Vaşinqtona çağırılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyindəki mənbələrdən məlumat daxil olub. XİN yetkilisi Barak Obama administrasiyasının Enn Dersi ilə Azərbaycandakı son vəziyyəti müzakirə edəcəyini deyib. Onun sözlərinə görə, ABŞ rəsmi Bakının Kremllə təmaslarının artmasından narahat olub: ?Xanım Dersi ilə Azərbaycan-Ermənistan münaqişəsi, Bakı-Ankara münasibətləri, aradakı soyuqluq, eləcə də, regionda baş verən son hadisələrlə bağlı müzakirələr aparılacaq?. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat sözçüsü Terri Devidson Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Enn Dersinin Vaşinqtona çağırıldığını təsdiqləyib. Devidson səfirin vacib işləri olduğu üçün Vaşinqtona çağırıldığını bildirib. Amma onun Ağ Evdə konkret olaraq, hansı məsələləri müzakirə edəcəyini açıqlamayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA