Fazil Qəzənfəroğlu məscidlərin bağlanmasına etiraz edir

img

27-04-2009 [07:57]


?Bibiheybət məscidi təmir olundu. Amma Yasamaldakı ?Peyğəmbərimiz Məhəmməd (s) məscidi? yerlə bir edildi. İki gün əvvəl isə Şəhidlər Xiyabanındakı ?Şəhidlər məscidi? bağlandı. Məscidlərin bağlanması Azərbaycanda dinlə dövlət arasındakı ziddiyyətlərin dərinləşməsindən xəbər verir. Bu, gələcəkdə böyük təhlükə vəd edir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Qəzənfəroğlu deyib. Deputat ?Əbu Bəkr? məscidinin bağlanmasına da etiraz edib: ?Əbu Bəkr?də ibadət edən insanların təhlükəsizliyini önə çəkib, məscdi bağladılar. 10 il əvvəl Bakıda metronu da partlatmışdılar. Bu məntiqlə hakimiyyət metronu da bağlamalıdır? Məncə, hadisələrə bu cür yanaşmaq doğru deyil. Bu üslub dəyişdirilməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA