Fransa prezidentinin Azərbaycana səfəri Qarabağ probleminin həllinə müsbət təsir göstərə bilər

img

29-04-2009 [04:39]


?Fransa Avropa Birliyinin aparıcı dövlətlərindən biridir və ciddi söz sahibidir. Sarkozi prezident olduqdan sonra Fransa bütövlükdə Avroatlantik məkanda öz fəaliyyətini genişləndirməyə çalışır. Qeyd edək ki, Cənubi Qafqaz və Orta Asiya Avropanın enerji təhlükəsizliyində böyük rola malik olan regiondur. Bu baxımdan, Fransa prezidenti Nikola Sarkozinin ölkəmizə səfəri yüksək qiymətləndirilməlidir. Düşünürəm ki, rəsmi Paris Dağlıq Qarabağla bağlı danışıqlar prosesini sürətləndirə bilər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə siyasi şərhçi Rauf Mirqədirov Fransa prezidentinin Azərbaycana ilk rəsmi səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Fransanın Ermənistanla çox yaxşı münasibətləri var: ?O, təkcə Azərbaycana deyil, Ermənistan, Gürcüstan və Qazaxıstana da səfər edəcək. Ancaq bir məsələni də unutmamalıyıq ki, Fransanın regionda ticarət baxımından ən ciddi tərəfdaşı Türkiyə ilə Azərbaycandır. Bundan əlavə, Fransa həm də Minsk Qrupunun təmsilçisidir. Vaxtilə keçmiş prezident Jak Şerak da bu unikal rolundan istifadə edərək, Qarabağ məsələsində vasitəçi kimi çıxış etmək istəyirdi. İndi də Sarkozi bu missiyanı davam etdirmək niyyətindədir. Əminəm ki, rəsmi Paris bu məsələnin həllinə birbaşa səy göstərəcək. Bildiyiniz kimi, Ermənistan və Azərbaycan prezidentlərinin Praqada görüşü planlaşdırılır və istisna olunmur ki, Dağlıq Qarabağ üzrə konfrans keçirilsin. Sözsüz ki, belə bir konfrans çağrılarsa, çox ciddi nəticələr əldə edilə bilər. Düşünmürəm ki, Amerika, Rusiya və Fransa prezidentləri, Azərbaycan və Ermənistan prezidentlərini yalnız bir masa arxasında oturtmaq xatirinə vaxtlarını sərf etsinlər?. R.Mirqədirov bildirib ki, N.Sarkozi Azərbaycanda təkcə Fransanın deyil, bütün Avropa Birliyinin aparıcı dövlətlərinin mövqeyini təmsil edəcək: ?Bu baxımdan, Avropa Birliyi sözsüz ki, Qarabağ münaqişəsinin həllində təkanverici rol oynaya bilər. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, söhbət siyasi təminatlardan gedir. Bu siyasi təminatlar regionun geosiyasi seçimi ilə bağlıdır. Əgər belə təminatlar olarsa, bu, həm münaqişənin həllinə, həm də regionun inkişafına çox ciddi təsir göstərə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA