iqtidarla müxalifət Qarabağ Forumunda da bir araya gələ bilməyəcək

img

04-05-2009 [04:34]


Demokratiya Uğrunda İttifaq (DUİ) Qarabağ Forumunun keçirilməsi istiqamətində fəaliyyətini gücləndirib. Qurum, forumda iştirak etmək üçün müxalifət partiyaları ilə yanaşı, bir sıra dövlət orqanlarına - Prezident Administrasiyasına, Milli Məclisə və Xarici İşlər Nazirliyinə də dəvətnamə göndərib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə onların tədbirdə iştirak edib, etməməsindən asılı olmayaraq, forumun keçiriləcəyini bildirib: ?Biz müraciətimizi etmişik, ola bilsin, qatılsınlar, ola bilsin, yox. Bu günə kimi, hansı tədbirə qatlıblar ki? Yəni daha çox gözləniləndir ki, iştirak etməsinlər?. KXCP sədri onu da deyib ki, hazırda da forumda iştirakla bağlı müraciətlər göndərilir. Onun sözlərinə görə, istisnasız olaraq, hər kəsə dəvətnamə göndəriləcək. Təxminən 50-dən çox şəxsə və təşkilata dəvətnamə göndərilməsi planlaşdırılır. Qeyd edək ki, mətbuatda Qarabağ Forumunun nə zaman keçirilməsi ilə bağlı fərqli fikir var. Belə ki, DUİ-nin təsisçilərindən olan millət vəkili Pənah Hüseyn tədbirin mayın 10-da reallaşacağını bildirib. M.Mirəlioğlu isə bununla bağlı anlaşılmazlığın olduğunu deyib: ?Qarabağ Forumu mayın 14-də saat 12.00-da KXCP-nin mənzil qərargahında keçiriləcək. Forumun keçirilməsi ilə bağlı hər hansı narazılq yoxdur, sadəcə, mətbuatda günlə bağlı anlaşılmazlıq olub?. Bu barədə Müstəqil İnformasiya Agentliyə açıqlama verən Pənah Hüseyn də forumun mayın 14-də keçiriləcəyini bildirib. Pənah bəy də tədbirin günü ilə bağlı fərqliliyi anlaşılmazlıq kimi dəyərləndirib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, DUİ-nin nazirliyə müraciəti ilə bağlı onda heç bir məlumat yoxdur. Bu səbəbdən də E.Poluxov müraciətə müsbət, yaxud mənfi cavab verəcəkləri barədə dəiqiq bir söz deməyib. XİN sözçüsü onu da nəzərə çatdırıb ki, ölkə daxilində hər bir qüvvənin Qarabağ məsələsini müzakirə etməyə hüququ var və burada heç bir problem yoxdur. Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı da Müstəqil Agentliyə DUİ-dən rəsmi şəkildə dəvət almadıqlarını deyib. Onun sözlərinə görə, dəvəti alandan sonra müzakirə edib, münasibət bildirə bilərlər. M.Qurbanlı DUİ-nin mətbuat vasitəsi ilə bütün qüvvələri müzakirəyə dəfət etməsinə gəlincə, ?Mətbuat vasitəsiylə dəvət olur? Məgər toya dəvət edəndə adamları mətbuat vasitəsi ilə çağırırlar? Biz rəsmi dəvət almamışıq. Heç bilmirəm tədbir harda, nə vaxt olacaq. Gündə 50 qəzetdə hərə bir söz deyir. Ona görə də partiyanın adından danışa bilmərəm?-söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA