Bakıdakı ?Azad fəhlə? heykəli də söküləcək

img

28-04-2009 [03:59]


Bolşevik komissarlar M.Əzizbəyovun Parlament prospektindəki, A.Caparidzenin isə Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsindəki heykəllərinin uçurulmasının ardınca Bakıda sovetlərdən miras qalan digər abidələrin də götürülməsi planlaşdırılır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Meriyadan bildirilib ki, paytaxtın Nobel prospektindəki (keçmiş Fəhlə prospekti) ?Azad fəhlə? heykəli də tezliklə söküləcək. Agentliyə verilən məlumatda o da bildirilir ki, şəhər meriyası sovet dövründən miras qalan həmin aibdənin müasir dövrə uyğun gəlmədiyini hesab edir. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti sovet dövründə paytaxtda ucaldılan aibələrin əksəriyyətini çoxdan sökdürüb. Yeri gəlmişkən, Azərbaycanın kommunist və sosialistləri ötən il olduğu kimi, bu il də 1 may dünya zəhmətkeşlərinin həmrəylik günü ilə bağlı məhz ?Azad fəhlə? heykəlinin qarşısında aksiya keçirməyə hazırlaşırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR