Deputat: "Bu uşaqlar dərhal valideynindən alınmalıdır"

img

16-05-2025 [11:55]


"Küçədə dilənçilik edən hansı uşaq tutulsa, dərhal valideynindən alınmalıdır".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, dövlət dilənçiliyə cəlb edilən uşaqları öz nəzarətinə götürməli və aidiyyəti üzrə yerləşdirilməlidir.

Deputat həmçinin Azərbaycandan kənarda dini təhsilə məcburi cəlb edilən şəxsləri insan alveri qurbanı kimi qeydə alınmalı olduğuna diqqət çəkib: “Çünki din təhsili dövlətin nəzarətində olan təhsil müəssisələrində alınmalıdır. Bundan kənar dini təhsilə cəlb edilmə qanunsuzdur”(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA