Bernar Fasye: "Prezidentlərin Praqa görüzü çox faydalı olacaq"

img

27-04-2009 [06:29]


"Azərbaycan və Ermənistan prezidentlərinin Praqada keçirəcəkləri görüş çox konseptual və faydalı olacaq". "Novosti Armeniya"nın verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye bildirib. "Hər iki prezident bizim təklif etdiyimiz qrafiklə razılaşıblar, yəni görüş mayın 7-də Praqada baş tutacaq",- deyə B. Fasye bu gün keçirdiyi mətbuat konfansında vurğulayıb. Onun sözlərinə görə, bu görüşü təşkil etmək üçün hər iki prezidentlə uzun iş görülüb. Fasye qeyd edib ki, görüş zamanı Madrid prinsiplərinin bəziləri müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA