Sərdar Cəlaloğlu Qarabağla bağlı hakimiyyətlə dilaoqun əleyhinə çıxmağı məntiqsiz sayır

img

27-04-2009 [03:22]


[b]Xəbər verildiyi kimi, Azərbaycan Demokrat Partiyası (ADP) Qarabağ məsələsi ilə bağlı hakimiyyətlə dialoqa getmək təklifini irəli sürmüşdü. Ancaq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əl Kərimli hakimiyyətlə dialoqa ehtiyac olmadığını bildirib.[/b] Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu isə Qarabağla bağlı hakimiyyətlə dialoqun vacib olduğunu bir daha təkrarlayıb: ?Biz demişik ki, Qarabağ məsələsi ilə bağlı müxalifətlə iqtidar arasında dialoq yolu ilə ortaq mövqeyi müəyyənləşdirə bilərik. Ola bilər ki, kimsə buna müsbət yanaşmasın, kimsə gəlməsin, kimsə bunu vacib hesab eləməsin. Bu, tamamiylə normaldır. Biz deməmişik ki, bu tərəfdən filan qruplar, o biri tərəfdən filan qruplar dialoqa gəlməlidir. Yəni hər kəsin öz mövqeyi var?. Müttəfiqi Əli Kərimlinin fikirlərinə gəlincə, Sərdar bəy ?Görünür, Əli bəyin belə bir fikir işlətməsinə iqtidarın dialoqa meyl etməməsi daha ciddi təsir edib. Çünki dəfələrlə dialoq ideyasını gündəmə gətirsək də, real proses baş verməyib. Yəqin Əli bəy bunu nəzərə alaraq, dialoqla bağlı məsələyə soyuq münasibət bəsləyib. İnanmıram ki, Qarabağ kimi mühüm bir məsələdə hətta nə qədər ziddiyyətlər olsa belə, tərəflər ortaq mövqeyə gəlməyə meyl etməsinlər?,- söyləyib. ADP sədri onu da qeyd edib ki, hazırda Qarabağla bağlı ortada olan konsepsiya iqtidarın konsepsiyasıdır. Onun sözlərinə görə, bunun Milli konsepsiyaya çevrilməsi üçün iqtidarla-müxalifət həmin konsepsiyanı birlikdə hazırlamalıdır: ?Azərbaycan müxalifətinin fikri nəzər alnmamış bir konsepsiyanı iqtidar istəsə də, Milli konsepsiya kimi təqdim edə bilməz. Digər tərəfdən, beynəlxalq təşkilatlar hər dəfə Dağlıq Qarabağ probleminin həllinə yaxınlaşanda tərəflərə müraciət edirlər ki, öz ölkələrinin müxalifəti ilə, o cümlədən xalqla bu məsələni razılaşdırsınlar. Biz isə gözləmirik ki, xaricilər bu təklifi versin, özümüz hesab edirik ki, bu məsələdə razılaşmalıyıq. Bunun bir çox müsbət tərəfləri var. Əvvəla, Azərbaycanda bütün qüvvələr vahid mövqeyə gələndən sonra aramızda manipulyasiya etməyə heç kəsin imkanı olmayacaq. İkincisi, Azərbaycan xalqı Dağlıq Qarabağla bağlı ortaya yekdil mövqe qoymuş olacaq. Üçüncüsü, dövlət başçısı və bu məsələ ilə məşğul olan adamlar daha arxayın siyasət aparacaqlar. Arxayın olacaqlar ki, bu şərtlər daxilində atdıqları addım xalq, yaxud müxalifət tərəfindən başqa cür qarşılanmayacaq. Bu, iqtidarın xeyridir. Müxalifət olaraq, bizim də xeyrimiz budur ki, tam arxayın olacağıq ki, iqtidar Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı heç bir danışıqda iştirak etmir?. Bu səbəbdən də S.Cəlaloğlu kiminsə Qarabağ məsələsi ilə bağlı iqtidar-müxalifət dialoqunun əleyhinə çıxış etməsini məntiqli saymır: ?Məsələ ondadır ki, bu dialoq həm iqtidarın, həm müxalifətin, həm də Azərbaycan xalqının xeyrinədir. Bu baxımdan, kiminsə onun əleyhinə çıxması məntiqsiz görünür. Çox təəssüf ki, Əli bəy belə bir mövqe sərgiləyir. Yenə də deyirəm, bu da iqtidarın dialoq məsələsində qeyri-sağlam mövqe nümayiş etdirməsi ilə bağlıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA