Röya əxlaqsızlıqda suçlandı

img

26-04-2009 [03:45]


[b]Həmkarının məsləhətləri Kəmalə Qaramollayevanı hiddətləndirib [/b] Ötən həftə ATV telekanalının "El içində" verilişinə dəvət alan gənc müğənni Kəmalə Qaramollayevanın "istəsəydim mən də pis yollarla, sponsor gücünə populyar ola bilərdim",- deməsi Röyanı qıcıqlandırıb. Bilavasitə adı çəkilməsə də, o, gənc həmkarının sözlərinə efir vasitəsilə cavab verib: "Görəsən, kim pis yolla populyar olub? Bu qızcığaz sənətdə yeni-yeni addımlayır. Əziyyətsiz-filansız, bir-iki dəfə səhnədə atılıb-düşməklə populyar olmaq istəyir. Onun kimilər çoxdur. Boş-boş danışmaqdansa, iş görmək lazımdır". Kəmalə Qaramollayevadan həmkarının ona məsləhəti ilə bağlı rəyini öyrəndik. O, Röyaya söz ünvanlamadığını vurğulayaraq sonuncunun özündən çıxmasına təəccübləndiyini bildirdi: "Röya özü ortalığa atıldı. Soğan yeməyib, içi niyə göynəyir? O, gənclərə "çalışın özünüz qabağa gedin, əli əl üstə qoymaqla heç nə olmur", - deyə məsləhət verir. Guya, özü öz gücünə qabağa gedib. Onun məsləhət verməyə mənəvi haqqı çatmır. O, heç vaxt böyük-kiçik yeri bilməyib. Sənətə gələndən özündən yaşlı sənətçilərə söz atıb, əxlaqsız hərəkətlər edib. Vaxtilə özü deyirdi ki, kimin yanına gedib, əxlaqsız təkliflər alıb. İndi də namusdan danışır. Röyanın özünə məsləhət lazımdır. O, Ədalət Şükürova deyib ki, neyləyirik savadı?! Bu da onun böyüklüyü. Məsləhəti isə korifey sənətkarlardan alarlar. Allaha şükür, Nisə Qasımova, Aybəniz Haşımova, Vaqif Gərayzadə kimi sənətkarların xeyir-duasını almışam. Hələ 20 yaşım var. Röya mən yaşda olanda musiqidə bildiklərimin yarısını da bilmirdi. Özümü onunla reklam etməyə, nə də məsləhətinə ehtiyacım yoxdur. Sənətə gəlməmişəm ki, Röya məni tanısın". "Mənə "başqa yolla populyar olmaq mümkün deyil" deyərək, yolumdan azdırmaq istəyənlər çox olub", - deyən Kəmalə xanım həmişə ümidini Allah bağladığını bildirdi: "Bəzi həmkarlarım isə ibadət etdiyim üçün, sənəti atmağı, müasir tərzdə geyinməməyi məsləhət görürlər. Mən estrada müğənnisiyəm, üslubum müasirlik tələb edir. Ədəbsiz geyinmirəm. Biədəb fiqurum da yoxdur ki, desinlər, yaraşmır. O qədər qapalı geyinib min oyundan çıxanlar var... Allah hər şeyi görür. Niyyətin, əxlaqın düzdürsə, o, mütləq yolunu açacaq. Sənətdə kimliyindən asılı olmayaraq, hamının arxasınca danışırlar. Bu sənətdə dost yoxdur, çünki hamı bir-birinə rəqibdir. Ən çox da toy davası gedir. Çox eşitmişəm ki, bəzi həmkarlarım haqqımda "Kəmalə toya getmir, toyu pis aparır" deyiblər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA