Röyanın oxzarı peyda olub

img

20-04-2009 [05:08]


Romantik, lirik mahnıları ilə qəlblərə yol tapan Röyanın bu günlərdə səhnəyə oxşarı çıxıb. Belə ki, səhnəyə qədəmlərini yeni basan qızcığaz Röyanı olduğu kimi yamsılayır. Səs, ifa, hərəkət, davranış, ərköyünlüyünə də ki, söz ola bilməz. Bəs, bundan Röya necə və kimin vasitəsiylə xəbər tutub? Bildirilir ki, Röya bir mərasimə dəvətliymiş. Müəyyən səbəblərdən o, həmin tədbirə qatıla bilməyib. Röyanı "yıxmaq" istəyənlər isə onun yoxluğundan istifadə ediblər. Neçə müddətdir ki, onun oxşarını hazırlayanlar ikinci Röyanı həmin tədbirə çağırıblar. Əsl həqiqət də budur ki, o, məhz Röyanın repertuarını oxuyub, onun paltarının eynisini geyib, hərəkətlərini yamsılayıb və pulunu alaraq, gedib. Təbii ki, ona verilən maliyyə əsl Röyaya verilənlə müqayisədə qəpik-quruş olub. Bundan sonra isə müğənninin düşmənləri ona zəng ediblər: "Axşam gözəl oxudun, amma deyirlər sənə çox az pul veriblər",- deyəndə Röya eşitdiklərindən dəhşətə gəlib. Müğənni nə qədər and-aman etsə də, bir nəticəsi olmayıb. İmkanlarından istifadə edən Röya isə onun adından səhnəyə çıxanın kimliyini öyrənərək, onunla görüşüb. Sanki özünü görən Röya, hətta gördüyünə inana bilməyib. Yeganə əlacı isə "Sən özünü çox sıxırsan, boğursan. Sərbəst olmaq lazımdır, yoxsa qabağa gedə bilməzsən",- deyərək, onu yamsılayana xeyir-dua vermək məcburiyyətində qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA