Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
CƏMİYYƏT
16.03.2026, 16:39
Qanunsuz onlayn kazino oyunlarına qarşı keçirilən əməliyyat zamanı 4 nəfər tutulub.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.
Kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər - Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və sonuncu ilə əlbir olaraq fəaliyyət göstərən Cəfər Bəyəliyev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xaricdən idarə olunan qanunsuz qumar saytları ilə cinayət əlaqəsinə girərək ölkə ərazisində virtual kassalar yaradıblar. Daha sonra sosial şəbəkələrdə açdıqları "Milan", "Sevinc", "Rahat" və "Texas 777" adlı səhifələr vasitəsilə istifadəçilərlə əlaqə saxlayaraq onları qanunsuz onlayn kazino oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. P.Abdullayev, S.Hacızadə, T.Kazımov və C.Bəyəliyev cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
DİN bir daha vətəndaşları internet resursları, eləcə də sosial şəbəkələrdə təklif edilən qanunsuz onlayn kazino və qumar oyunlarında iştirakdan çəkinməyə çağırır:
"Bu cür platformalar əksər hallarda kiberdələduzluq məqsədilə yaradılır və nəticədə istifadəçilərin bank kartı və şəxsi məlumatları ələ keçirilir.
Qanunsuz onlayn kazino və qumar oyunlarında iştirak həm maliyyə itkisi, həm də hüquqi məsuliyyət riski yaradır. Odur ki, hər kəsə lisenziyasız onlayn kazino və mərc saytlarına daxil olmamağı, sosial şəbəkələrdə bu tip oyunların reklam və "asan qazanc" vədlərinə inanmamağı, şübhəli hesab və platformalar barədə isə polis orqanlarına məlumat verməyi tövsiyə edirik".
Unutmayın ki, kibermühitdə ehtiyatlı davranış maddi və şəxsi təhlükəsizliyinizin əsas şərtidir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pezeşkian: "İran həmişə dialoq və anlaşma tərəfdarıdır”
Bugün, 00:17 GÜNDƏM
-
Türkiyə İrana tibbi yardım göndərir
Bugün, 00:07 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
"Penalti başqa necə olur?” - Qurban Qurbanov + VİDEO
22.04.2026, 22:44 İDMAN
-
İranlı spiker: “Hörmüz boğazının açılması mümkün deyil, çünki…”
22.04.2026, 21:11 DÜNYA
-
İlham Əliyev və Edqars Rinkeviçs Azərbaycan-Latviya biznes-forumunda - FOTOLAR (YENILƏNIB)
22.04.2026, 20:29 GÜNDƏM
-
30 il əvvəl törədilmiş qətlin üstü açılıb, həbslər var
22.04.2026, 18:16 KRİMİNAL
-
Tramp: "İranla sülh danışıqları cümə günü…”
22.04.2026, 18:09 GÜNDƏM
-
TƏBİB-in yeni rəhbərindən növbəti dəyişkliklər - Məşhur şəxslər vəzifədən azad olundu (FOTO)
22.04.2026, 18:01 GÜNDƏM
-
"Kontakt Home" mağazalar şəbəkəsində qanun pozuntuları aşkarlanıb
22.04.2026, 17:48 İQTİSADİYYAT
-
İlham Əliyev Latviya prezidenti ilə görüşdü, yeni sənədlər imzalandı, bəyanat verildi - FOTOLAR (Yenilənib)
22.04.2026, 17:30 GÜNDƏM
-
Energetika naziri İrlandiya parlament nümayəndə heyəti ilə görüşüb
22.04.2026, 17:16 İQTİSADİYYAT
-
Nərgiz Qurbanova istefaya göndərildi
22.04.2026, 17:13 İDMAN
-
Kirayəyə verilən evlərin vergiyə cəlbi... - Yeni xəbərdarlıq mesajının səbəbi nədir?
22.04.2026, 17:06 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.04.2026, 17:00 İQTİSADİYYAT
-
Ərdoğan NATO-nun Baş katibi ilə müzakirə apardı – Ankarada
22.04.2026, 16:50 DÜNYA
-
Rəsmi Bakıdan İsrailə mesaj: "Müstəqillik Günün mübarək olsun!"
22.04.2026, 16:26 SİYASƏT
-
İbrahim Tatlısəs saysız mülklərini dövtətə baışladı: "Kimə verməliyəm ki…”
22.04.2026, 16:11 MƏDƏNİYYƏT
-
Beş azərbaycanlı Suriyadan gətirildi - XİN açıqlama yaydı
22.04.2026, 16:07 GÜNDƏM
-
"Beşiktaş" sabah "Konyaspor" ilə qarşılaşacaq
22.04.2026, 15:56 İDMAN
-
BÖYÜK XƏSTƏXANALARIN "SOLAXAY" RƏHBƏRLƏRİ YOLA SALINDI: növbə kimlərindir? (FOTO, YENİLƏNİB)
22.04.2026, 15:52 GÜNDƏM
-
Növbəti iki gündə hava şəraiti dəyişəcək - Xəbərdarlıq
22.04.2026, 15:37 CƏMİYYƏT
-
Türkiyədə sorğu: “Əgər bu bazar günü seçki keçirilsə…” – CƏDVƏL
22.04.2026, 15:29 SİYASƏT
-
Rafael Markes Meksika millisinin yeni baş məşqçisi olacaq
22.04.2026, 15:22 GÜNDƏM
-
AFFA üç komandanı cəzalandırıb
22.04.2026, 15:22 İDMAN
-
Selçuk İnan: “Çox çətin bir matç olacaq”
22.04.2026, 15:06 İDMAN
-
Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
22.04.2026, 15:00 GÜNDƏM
-
Rəsmi Tehran atəşkəslə bağlı Trampa cavab verdi: “...hərəkətə keçəcəyik”
22.04.2026, 14:49 GÜNDƏM
-
İRAN QISAS HÜCUMUNA KEÇDİ: 4 gəmi vuruldu, iki gəmi ələ keçirildi - SEPAH meydan oxuyur (Yenilənib)
22.04.2026, 14:36 GÜNDƏM
-
Xəzər dənizində zəlzələ olub
22.04.2026, 14:25 GÜNDƏM
-
"Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib - FOTOLAR
22.04.2026, 14:23 GÜNDƏM
-
Rusiya təhlükəsi Azərbaycana yaxınlaşır - Amerika-İran müharibəsi Moskvaya fürsət yaradıb (TƏHLİL)
22.04.2026, 14:15 SİYASƏT
-
RUSİYA BU ÖLKƏYƏ QOŞUN YERİDƏCƏK? - "Moskva lazım gələrsə..."
22.04.2026, 14:05 SİYASƏT
-
Hörmüz boğazında gəmilər atəşə tutulub - AÇIQLAMA
22.04.2026, 13:29 GÜNDƏM