?Bələdiyyə seçkiləri yaxınlazdıqca, ən məhdud imkanlarla olsa da, ictimai fəallıq yaratmaq mümkün olacaq?

img

24-04-2009 [02:20]


[b]?Bu gün Azərbaycanda normal siyasi fəaliyyət göstərmək üçün şərait yoxdur. Yəni hazırda müxalifətə nə televiziyada çıxış etməyə, nə insanlarla görüşməyə, nə də kütləvi aksiyaların keçirilməsinə imkan verilir. Ona görə də siyasi fəaliyyətin imkanları obyektiv olaraq, məhdudlaşıb. Amma buna baxmayaraq, seçki, referendum kimi böyük kampaniyalar olanda, hətta məhdud imkanlar daxilində belə, müxalifət daha fəal görünür?.[/b] Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli son dövrlər müxalifətin passivliyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. AXCP sədri bildirib ki, təmsil olunduğu Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının liderləri ilə məsləhətləşmələri davam edir. Onun sözlərinə görə, gündəmdə olan əsas məsələlərə operativ şəkildə münasibətlərini bildirirlər, amma digər tədbirlərin keçirilməsi üçün şərait və zəmin yoxdur: ?Hesab edirəm ki, bələdiyyə seçkiləri yaxınlaşdıqca, ən məhdud imkanlarla olsa da, ictimai fəallıq yaratmaq mümkün olacaq. Bunun üçün biz bütün səylərimizi artıracağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA