?Avrovizion?çunun konserti mayın 1-də olacaq

img

23-04-2009 [06:54]


[b]Türkiyəli həmkarından fərqli olaraq, Aysel Teymurzadə qardaş ölkədə konsert verməyəcək[/b] ?Avrovizion-2009? yaraşmasında Türkiyəni təmsil edəcək müğənni Hadisə mayın 1-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Bu məlumat Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağından verilib. Saraydan onu da bildiriblər ki, türk müğənnisinin konsert proqramı rəngarəng olacaq. Bilətlərin qiyməti isə 40-150 manat arasında nəzərdə tutulub. Görəsən, buna paralel olaraq, Azərbaycanı ?Avrovizion-2009?-da təmsil edəcək Aysel Teymurzadənin necə, Türkiyədə konserti nəzərdə tutulubmu? İctimai Televiziyanın mətbuat xidmətindən Müstəqil Agentliyə bildiriblər ki, Aysel Teymurzadənin Türkiyədə konserti təşkil edilməyəcək. Amma buna baxmayaraq, Ayselin hazırda Türkiyədə klipləri yayımlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA