Yaqut Babayeva Nadir Axundovdan zikayət edəcək

img

13-04-2009 [08:06]


Müğənni Yaqut Babayeva yeni mahnılar yazdırıb. Hətta həmin mahnılardan birinə klip çəkdirən müğənni, maliyyə problemi səbəbindən onu efirlərdə nümayiş etdirə bilmir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sənətçinin özü məlumat verib: ?Bəstəkar Nadir Əzimovun mahnısına klip çəkdirdim. Həmin klip bir müddət efirdə yayımlandı. Amma maliyyə imkansızlığından klipin yayımı dayandırıldı. Bundan başqa, ?Neylədi, şeytan elədi? adlı bir mahnı yazdırmışam. Həmin mahnının musiqisi İkram Əliyevin, sözləri isə Nizami Qasımovundur. Mahnı hazırda radiolarda yayımlanır?. Müğənni AzTV-nin Musiqili Verlişlər Departamentinin rəhbəri Nadir Axundovdan narazı olduğunu da bildirdi: ?Bu adam məni telekanala çağırmır. Bir dəfə zəng edib dedim ki, məni niyə çağırmırsınız? O isə dedi ki, siz rus dili müəlliməsi deyilsiniz? Bilmirəm bunun məsələyə nə dəxli var? Mən ondan AzTV-nin sədrinə şikayət edəcəm. Bu gün cəmiyyətdə barmaqla sayılan 20 müğənni varsa, onlardan biri də mənəm. Amma Nadir mənim efirə olan yolumu bağlayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA