Hillari Klinton sərhəd və Qarabağ münaqizəsi ilə bağlı mövqeyini açıqlayıb

img

22-04-2009 [08:59]


ABŞ-ın Dövlət katibi Hillari Klinton Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. ?Mən inanıram ki, Türkiyə və Ermənistanın münasibətləri normallaşdırmaq və sərhədləri açmaq istiqamətində atdığı addımlar ümumi faciəvi tarixə qarşı çıxmaq üçün daha yaxşı şəraiti yaratmağa xidmət edəcək. Türkiyə və Ermənistan hökumətləri barışıq səyləri üçün Birləşmiş Ştatların dəstəyini və təşviqini istədilər. Bu istəyin ardınca həm prezident, həm də mən onlara tam dəstək verdik?, - deyə Dövlət katibi bildirib. Hillari Klinton Azərbaycan hökuməti ilə də danışıqların getdiyini bildirib: ?Biz həmçinin Azərbaycan hökumətini əmin etdik ki, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla Ermənistan arasındakı digər məsələlərin həlli ilə bağlı səylərimizi gücləndirəcəyik. Bildiyiniz kimi, Minsk prosesi var ki, biz tam olaraq onunla məşğul olacağıq. Biz artıq onun tərkib hissəsiyik. Biz Dövlət Departamentinin rəsmisini son üç həftədə iki dəfə Azərbaycana göndərmişik və ümid edirik ki, gələcək aylarda hansısa çözümə nail olacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA