Bəstəkar-müğənni Rəhim Rəhimli mağazadan qovulub

img

22-04-2009 [07:52]


Bəstəkar-müğənni, "Lider" telekanalında "Dostum" verilişini aparan Rəhim Rəhimli alış-veriş üçün daxil olduğu mağazadan qovulub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə hadisənin şahidi məlumat verib. Onun dediyinə görə, axşam radələrində şəhər kənarında yerləşən marketə daxil olan sənətçi, gənc oğlan-satıcını sorğu-suala tutub: "Filan şey var? Filan şey neçəyədir? Filan şeyi almağı məsləhət görürsünüz?". Nazlanaraq danışan müğənninin görkəmi də, ekstravaqant olub. Qulağında sırğa, boyalı saçı, qırmızı uzunboğaz çəkmələrdə olan Rəhim Rəhimlinin yersiz sorğu-sualı satıcını əsəbiləşdirib və o, müğənniyə mağazanı tərk etməyi əmr edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA