?Xalq ulduzu? müsabiqəsində dəyiziklik olacaq

img

22-04-2009 [05:28]


?Xalq ulduzu? müsabiqəsinin münsiflər heyətində dəyişiklik edilə bilər. Bunu Müstəqil İnformasiya Agentliyinnə bəstəkar Tahir Əkbər deyib. ?Xalq ulduzu? müsabiqəsinin növbəti yayımı başlanar-başlanmaz xəbər gəldi ki, Aygün Bayramova münsiflər heyətindən imtina edib. Doğrusu, bu xəbər bizim üçün də gözlənilməz oldu. Bəlkə də nəsə baş verib. Amma bunu bilmək münsif üzvü kimi bizim də haqqımızdır. Bəlkə biz münsif üzvləri hamılıqla onun müdafiəsinə qalxacaydıq. Təəssüflər olsun ki, Aygün xanım bizə heç nə demədi. Yaxşı olardı ki, baş verənlərlə bağlı məlumat versin. Bütün hallarda o, həqiqəti deməyə borcludu?,-söyləyən T.Əkbərin sözlərinə görə, sənətkarlar arasında münsif üzvü olmağa can atanlar çoxdur. ?Hər halda, bu gün ?Xalq ulduzu? yaraşmasında gözlənilməz anlar baş verəcək. Yəni kimsə Aygün xanımın kürsüsündə oturub, müsabiqədə söz səlahiyyəti qazanacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA