"iKT iranı izğalçı Ermənistanla siyasi-iqtisadi əməkdazlığa görə qınayır"

img

22-04-2009 [06:09]


[b]Bunu İKT-nin baş katibinin müavini İzzət Kamal Müfti ANS-in sualını cavablandırarkən deyib [/b] "İslam Konfransı Təşkilatı quruma üzv ayrı-ayrı ölkələr tərəfindən bu təşkilat çərçivəsində qəbul edilmiş qətnamə və sənədlərin pozulmasını qınayır". Bunu İKT-nin baş katibinin müavini İzzət Kamal Müfti bu gün Bakıda keçirilən mətbuat konfransında ANS-in "İKT-nin işğalçı ölkələrlə siyasi-iqtsadi əlaqələr qurmamaqla bağlı çağırış və qətnamələrinə baxmayaraq İranın Ermənistanla yaxın əməkdaşlıq etməsi" barədə sualını cavablandırarkən deyib. ?Əgər İKT üzvü olan hər hansı bir ölkə bu qurumun qəbul etdiyi sənədləri pozursa, bu o demək deyil ki, İKT bununla razıdır?, deyə İ. K. Müfti bildirib. Onun sözlərinə göə, İKT ölkələri təşkilatın qətnamələrinin pozulmasına qəti şəkildə pis baxır. ?Azərbaycanın ərazi bütövlüyünə hörmət edən İslam ölkələri öz səhvini başa düşməsi üçün bunu pozan ölkələrə təzyiq göstərməlidirlər?, deyə o qeyd edib. O həmçinin bildirib ki, Qarabağ münaqişəsi təşkilatın rəhbərliyinin daim diqqətindədir və Azərbaycan torpaqlarının işğalı faktı həmişə bütün tədbirlərdə qaldırılacaq. ?İşğal cinayətkarlığın növlərindən biridir və bu, digər cinayətlərə -terror, qeyri-qanuni narkotik dövriyyəsinə və s. imkanlar yaradır?, deyə o bildirib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA