?Sönməyən ulduzlar? ?Qəribə adam?a müraciət edib

img

22-04-2009 [05:24]


?Sönməyən ulduzlar? asossiyası yeni əsər üzərində işləyir. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Mədəniyyət Fondundan daxil olub. Qeyd edək ki, ?Sönməyən ulduzlar? Mədəniyyət Fondunun təbeliyindədir. O ki qaldı müraciət olunan əsərə, bu, Nazim Hikmətin ?Qəribə adam? əsəridir. Üzərində məşqlər gedən bu əsərin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Fətullayevdir. Fondan verilən məlumata görə, ?Qəribə adam? ?Sönməyən ulduzlar?ın bu mövsüm üçün son işidir və tamaşa mövsümün sonuna kimi teatrsevərlərin ixtiyarına veriləcək. Mədəniyyət Fondunun yenilikləri bununla yekunlaşmır. Yarandığı gündən sənət adamlarının yaradıcılıq gecələrini, yubileylərini keçirən fond rəhbərliyi daha bir mərasimə imza atacaq. Bu dəfə yubliyar kürsüsündə rejissor Hafiz Fətullayev əyləşəcək. Çünki qarşıdan onun 65 illik yubileyi gəlir. İyun ayında bu mərasim Mədəniyyət Fondu tərəfindən geniş şəkildə qeyd ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA