Meriya Müsavat Partiyasının aksiyasına icazə vermədi

img

21-04-2009 [05:55]


[b]Aksiya keçirmək istəyənlərə MTRŞ-ya müraciət etmək tövsiyyə olunub[/b] [b]Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının İctimai Televiziyanın qarşısında keçirilməsi nəzərdə tutduğu etiraz aksiyasına icazə verməyib[/b]. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, BŞİH-nin cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun sayılmadığı göstərilib: ?Hesab edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti yenə də əvvəlki ampluasındadır və siyasi hakimiyyətin sifarişinə uyğun olaraq, bizim Konstitusiyon hüquqlarımızı taplalayır. Maraqlısı odur ki, icra hakimiyyəti etiraz aksiyası ilə bağlı Milli Televiziya və Radio Şurasına müraciət etməyi məsləhət bilib. Halbuki bütün bunlar icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərdir?. Müsavat yetkilisi onu da bildirib ki, hazırda meriyanın cavabı partiyada müzakirə olunur. Müzakirələrin nəticəsinə uyğun müvafiq addımlar atılacaq. Onun sözlərinə görə, İctimai Televiziyada efir vaxtının ayrılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər. Xatırladaq ki, Müsavat Partiyası hələ ötən həftədən arelin 23-də İTV-nin binası qarşısında efir vaxtı ayrılması tələbi ilə piket keçirməyi qərarlaşdırmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA