Xalq artisti Canəli Əkbərova Şəkidə yubiley keçiriləcək

img

21-04-2009 [04:11]


Xalq artisti, tanınmış muğam ifaçısı Canəli Əkbərovun gələn il 70 illik yubileyi olacaq. Məhz bu məqsədlə sənətkarın yubileyinə hazırlıq işləri görülür. Xalq artistinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, onun yubileyinin ilk olaraq Şəki rayonunda qeyd edilməsi nəzərdə tutulub. ?Azərbaycanın bir çox rayonlarının rəhbərləri möhtəşəm yubileyin keçirilməsinin tərəfdarıdır. İlk olaraq, təklif Şəki rayon İcra Hakimiyyətinin başçısından gəldi. Mən də onun təklifini sevinclə qarşıladım. Aprelin 28-də Şəkidə 70 illik yubileyim qeyd ediləcək. Tanınmış sənət adamlarının bir çoxu həmin tədbirə dəvətlidirlər. Amma orada kimlərin iştirak edəcəyi barədə məlumatsızam?,- deyən xalq artisti aprelin 28-də Şəkiyə səfər edəcək. C.Əkbərovun dediyinə görə belə bir tədbir Bakıda da keçiriləcək. Amma tədbirin hansı səviyyədə keçirilməsi hələlik sual altındadır: ?Dövlət keçirsə də özü bilər, keçirməsə də. Mən yubileyin keçirilməsinə görə heç vaxt kiminsə qapısını döymərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA