Prezident Bəstəkarlar ittifaqına 1 milyon manta ayırdı

img

21-04-2009 [09:54]


Prezident İlham Əliyev, ?Azərbaycan Bəstəkarlar İttifaqının maddi-texniki bazasının yaxşılaşdırılması haqqında? Sərəncam imzalayıb. Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət başçısı qərara alır ki, Bəstəkarlar İttifaqına zəruri avadanlıqların alınması üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat məbləğində vəsait ayrılsın. Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən vəsaitin Azərbaycan Bəstəkarlar İttifaqına ayrılmasını təmin etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA