Gürcüstan müxalifəti yeni aksiyalara hazırlazır

img

21-04-2009 [02:21]


Gürcüstan müxalifəti etiraz aksiyalarının yeni dalğasına hazırlaşır. ANS PRESS-in ?Qruziya Online? saytına istinadən verdiyi məlumata görə, bunu konservator Zviad Dcidciquri bildirib. Onun sözlərinə görə, müxalifət bu gün konservantların ofisində bu həftəyə olan planlarını müzakirə edib. Belə ki, aprelin 22-də yerli vaxtla saat 15:00-da parlament binasının qarşısında informasiya xarakterli mitinq olacaq və məhz həmin mitinqdə yaxın günlər üçün planlar elan ediləcək. Müxalifətin liderlərindən biri Nino Burdcanadze regionlardan olan əhalinin də paytaxtda keçirilən aksiyalarda iştirak etmək istədiyini bildirib. O, hökumətin əhalinin regionlardan gəlməsinə maneəçilik törətməyəcəyinə ümid etdiyini qeyd edib. Qeyd edək ki, prezident Mixail Saakaşvilinin istefası tələbi ilə keçirilən və aprelin 9-dan başlayan mitinqlərə Pasxa bayramı ilə əlaqədar fasilə verilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA