?Toylar kralı-2? layihəsi 12 rayonu əhatə edəcək

img

20-04-2009 [06:14]


?Toylar kralı-2? telelayihəsinin seçim turu başa çatır. Telelayihədə 12 rayondan qatılan sənət adamları mübarizə aparacaqlar. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən layihənin münsüf üzvü Əli Mirəliyev məlumat verib. Müğənni deyib ki, Azərbaycanın regionlarında çox gözəl səsə və istedada malik sənətçilər var. Ancaq onların imkanı olmadağından efirə çıxa və özlərini tanıtdıra bilmirlər: ?Biz həmin adamları Azərabycan xalqına tanıtdırmaq fikrindəyik. Layihə bununla bitməyəcək. Sentyabr ayında ?Toylar kralı-3? başlayacaq. Həmin layihədə isə daha 12 regionun nümayəndəsi iştirak edəcək. Layihə yayımlanan ərəfədə çalışacayıq ki, hər şey iştirakçıların ürəyincə olsun. Yerliçilik prinsipi bizim münsif üzvlərindən uzaqdır. Amma bəzən elə yarışmalar keçirilir ki, orada hər kəs özününkünə səs verməyə, onu qalib etməyə çalışır. Bu da sonda ağır nəticə verir. Hər halda, biz, çalışacayıq ki, ?Toylar kralı? dillər əzbəri olsun?. Əli Mirəliyev ATV telekanalında parodiya olunmasına da münasibət bildirib: ?Fərda çox çalışdı, amma Əli Mirəliyev ola bilmədi. Ola da bilməz. Onun gözəl parodiya etdiyi bircə nəfər vardı-Niyaməddin Musayev, vəsallam. Belə uşaqları dəstəkləmək lazımdır. Onlar kimi gəldi parodiya etmirlər. Elə bilirsiniz ki, onların parodiyasına düşmək asandır? Bəlkə buna görə illərdir ki, gözləyənlər, hətta növbəyə düzülənlər də var. Mənsə, bunun üçün növbəyə durmamışam. Xoşları gəlib, parodiya ediblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA