Taleh Şahsuvarlı "Canlanma" metaromanını gənclərlə müzakirə etdi

img

18-04-2009 [07:08]


"Dalğa" Gənclər Hərəkatında Taleh Şahsuvarlının "Canlanma" tarixi metaromanının təqdimatı keçirilib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, tədbiri açan "Dalğa" Gənclər Hərəkatının koordinatoru Pənah Əlisoy artıq kitabı oxuduğunu bildirib və onu Azərbaycan ədəbiyyatının mütaliə etdiyi müasir nümunələri arasında ən güclü nəsr əsəri adlandırdı. Düzünü deyim ki, Tale? Şahsuvarlı belə yüksək səviyyəli bədii əsər ortaya qoymaqla məni təəccübləndirdi. Hər halda, onun əvvəllər ədəbi yaradıcılıqla məşğul olmaması şəxsən məndə müəyyən şübhələr yaradırdı". Sonra söz yazıçıya verildi. Taleh Şahsuvarlı kitab haqqında məlumat verməzdən öncə "Dalğa"çı Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən xaric edilməsini pislədi. "Məni də universitetdən xaric etmişdilər, təəssüf ki, bizim ölkəmizdə tələbələrin ictimai fəallığına ali məktəb rəhbərləri dözümlə yanaşa bilmir. Halbuki, Azərbaycan universitetlərinin diplomları xaricdə tanınmır, hətta supürgəçi işləməyə də yaramır və bu problem "Canlanma"da öz bədii həllini tapıb". İştirakçıların suallarını cavablandıran müəllif tənqiddən qorxmadığını bildirdi: "Mən bu əsərə ciddi iradlar olacağını zənn etmirəm, amma əsəslandırılmış təndiqi qəbul etməyə hazıram. Cığal rəylər isə məni maraqlandırmır. Hər halda heç kim dana bilməz ki, mən Azərbaycanda yeni janrın əsasını qoymuşam".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA