ilhamə Quliyeva qurbanlar qurbanı hesab etdiyi oğlu Orxanı evləndirir!

img

18-04-2009 [03:40]


Xalq artisti oğlu Orxan Nadirovun azadlığa buraxılmasını dostları ilə birgə qeyd edib. Xəbər verdiyimiz kimi, dünən məhkəmənin qərarı ilə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb. Müğənni bu gün əməkdaşımızla ilə əlaqə saxlayıb, oğlunu evləndirəcəyini eksklüziv olaraq Show.az-a bildirib: - ?Dünən gün ərzində telefonum susmayıb, hamı mənə zəng edib gözaydınlığı verib. Sevincli günümü səhərə kimi ailə üzvləri, dostlar və yaxınlarımla qeyd etdim. Məclisdə iştirak edənlər ?İlhamə xanım, xəbəriniz yoxdur, gözləriniz gülür?, deyirdi. Hər kəsə Show.az vasitəsi ilə təşəkkürümü bildirirəm. Sağ olsun ATV kanalının bütün əməkdaşları zəng edib, ?gözünüz aydın olsun?, deyirdi. Bir müddət çox əzab çəkdim, lakin bununla belə özümlə mübarizə apardım. Dəfələrlə demişəm, bu gün də qeyd edirəm ki, oğlum Orxanın heç bir günahı yox idi. O, qurbanlar qurbanı olmuşdu. Sadəcə, bəzi kəslər mənə zərbə vurmağa çalışdı, amma alınmadı. Mən düşmənlərimi yaxşı tanıyıram. Bu xəbərə sevinənlər də oldu, sevinməyənlər də. Allah hər kəsin ürəyinə görə versin. Çox sıxılırdım, efirə belə çıxmaq istəmirdim. Bundan sonra isə məni tez-tez səhnədə görə biləcəksiz. Bir müddət əvvəl demişdim ki, Orxan azadlığa çıxandan sonra toyunu edəcəm. Sözüm sözdü, ailəmizə layiq bir gəlin seçəcəm. Yaxın günlərdə isə başqa bir ölkəyə istirahətə gedəcəm. Gedib gələndən sonra Muxtarın yazdığı yeni bir mahnını oxuyacam!?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA