Metyu Brayza: ?Prezidentlər qarzıdakı aylarda iki dəfə də görüzə bilərlər?

img

17-04-2009 [08:46]


?Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişnin həllinə dair baza prinisplərindən o qədər də uzaq deyillər. Prezidentlər qarşıdakı aylarda hətta iki dəfə də görüşə bilərlər?. Bunu hazırda İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza ANS-ə eksklüziv müsahibəsində deyib. Onun sözlərinə görə, İrəvanda həmsədr kimi danışıqlar aparacaq və aprelin 22-də ATƏT-in Minsk Qrupunun fransalı və rusiyalı həmsədrləri ilə birlikdə Bakıya qayıdacaq. Metyu Brayza bildirib ki, son günlər regionda ciddi hadisələr baş verir: ?ABŞ-ın yeni prezidenti siyasi həyatda dəiyşikliklər inanır. O Ermənistanla Türkiyə arasında münasibətlərin bərpasını, xüsusilə, bizim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cəhdlərimizi dəstəkləiyr. Onu da deyim ki, mənim ATƏT-in Minsk Qrupunun həmsədri olduğum müddətdə ilk dəfədir ki, bizim prezident bu proseslərdə iştirak etmək istəiyr. Məncə, bu çox ciddi mərhələdir?. Metyu Brayzanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan prezidentlərinin əhval-ruhiyyəsindən, inamından asılıdır. Həmsədr hesab edir ki, son üç görüşdən sonra prezidentlər yaxşı baza yaradıblar: ?Məncə, onlar arısnda inam artsa, o zaman münaqişənin həllinə yaxın olarlar. Onlar hər dəfə fikir mübadiləsi aparanda yaxşı əhval-ruhiyyədə olurlar. Hesab edirəm ki, Ermənistan, Türkiyə və Azərbaycan regionda yeni xoş əhval-ruhiyyə yarada bilərlər. Bu əhval-ruhiyyədən Dağlıq Qarabağ münaqişəsinin həlində istifadə etmək lazımdır?. Metyu Brayza bir müşahidəçi kimi əmin olduğunu bildirib ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi konstruktivdirlər və irəliyə doğru getməyə hazırdılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA