Əfqanıstanda zəlzələ baz verib - 15 nəfər ölüb, yüzlərlə evə ziyan dəyib

img

17-04-2009 [11:42]


Əfqanıstanda zəlzələ baş verib. CNN-nin yaydiğı məlumatına görə, hökumət yetkilisi Ziya Abdülzayin paytaxt Kabildən 90 km şərqdə baş verən zəlzələ nəticəsində 15 nəfər ölüb, 200-dən artıq adam yaralandığını bildirib. Yerli vaxtla gecə saat 1-radələrində qeydə alınan yeraltı təkanlar yüzlərlə evə ziyan vurub. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin verdiyi məlumata görə, Nangarhar vilayətində iki saat ara ilə baş verən yeraltı təkanlar 5,5 və 5,1 bal gücündə olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA