iqbal Ağazadə parlamentdə Qarabağ Komitəsinin yaradılmasının müsbət nəticə verəcəyinə inanmır

img

16-04-2009 [03:24]


[b]Milli Məclisin ötən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin nəzdində Qarabağ Komitəsinin yaradılması təklifi ilə çıxış edib.[/b] Bir sıra deputat həmkarları Q.Həsənquliyevin təklifinə dəstək versələr də, bəzi deputatlar belə bir komitənin yaradılmasının əleyhinə olmasalar da, onun əhəmiyyət verməyəcəyini düşünürlər. Məsələylə bağlı Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, bu təklifi müsbət qiymətləndirsə də, yaradılacaq komitənin normal fəaliyyətinin nəticə verəcəyinə inanmır: ?Bildiyiniz kimi, hazırda Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların detalları barədə ictimaiyyətə məlumat verilmir. Əgər danışıqların konfidensiallığının təmin olunması barədə ATƏT-in Minsk Qrupunun qarşısında tərəflər öhdəlik götürüblərsə, parlamentdə belə bir komitənin yaradılması müsbət nəticə verməyəcək. Yəni ölü bir komitəyə çevrilmək, yalandan adı olsun deyə komitə yaradılması bu gün elə də aktual deyil. Əgər görüşlər konfidensial olmasaydı və görüşlər barədə mütəmadi məlumatlar verilsəydi komitənin fəaliyyəti də hansısa nəticəni verərdi?. Millət vəkili onu da nəzərə çatdırıb ki, danışıqların bu müstəvidə aparılması Milli Məclisdə Qarabağ Komitəsinin fəaliyyətinin gücləndirilməsinə də imkan verməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA