isa Qəmbər Türkiyədə sərhədlərin açılması ilə bağlı Azərbaycan ictimaiyyətinin mövqeyindən danızıb

img

16-04-2009 [01:21]


[b]Dünən gecə Türkiyənin ATV telekanalında yayımlanan ?Arayış? verilişinə qatılan Müsavat Partiyasının başqanı İsa Qəmbər Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı Azərbaycan ictimaiyyətinin mövqeyinin nədən ibarət olduğu barədə çıxış edib.[/b] Aparıcının ?Hazırda Azərbaycan ictimaiyyətinin Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə münasibət necədir? sualını İsa Qəmbər belə cavablandırıb: ?Bu məsələ gündəmə gələndən bəri Azərbaycan ictimaiyyətində narahatlıq var. İnsanlar düşünürlər ki, Türkiyə Ermənistanla sərhədləri açır. Buna etiraz olaraq, ölkə başçısı İlham Əliyev Türkiyəyə səfərdən imtina edib. Qısıca olaraq, sıravi vətəndaşlar bu cür düşünür?. İ.Qəmbər Azərbaycan müxalifətinin və Müsavat Partiyasının da mövqeyinin nədən ibarət olduğunu açıqlayıb: ?Biz Müsavat Partiyası olaraq, düşünürük ki, Türkiyənin hələlik belə bir niyyəti yoxdur. Sadəcə olaraq, bu məsələnin gündəmə gətirilməsi bir eksperment xarakteri daşıyır. Hesab edirik ki, son prosesləri bölgədə olan dəngələri öyrənmək kimi də dəyərləndirmək olar.Ermənistanla sərhədlər açılarsa nə olar? şəklində bir test həyata keçirdi, reaksiyaları ölçdü?. Müsavat başqanı sərhədlərin açılmasının mümkün olduğunu, amma bunun da yalnız müəyyən şərtlər daxilində həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb: ?Məlum olduğu kimi, hazırda Türkiyə regionun əsas güclərindən biridir. ABŞ prezidenti Obamanın da bura səfər etməsi bunu bir daha sübut etdi. Ola bilsin ki, Türkiyə bölgədə gərginliyin aradan qaldırılması üçün müəyyən addımlar atsın. Hətta Ermənistanla sərhədlərin açılması da mümkündür. Amma müəyyən şərtlər daxilində. Öncə Ermənistan Türkiyədən ərazi iddialarından geri çəkilməli, sözdə soyqırım məsələsini qapatmalı və Qarabağ məsələsinin həlli ilə bağlı addımlar atmalıdır. Biz düşünürük ki, bunların heç biri yoxdursa, sərhədlər açılmamalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA