Nadir Qafarzadə dilinin bəlasına düzəcəyindən ehtiyat edir

img

15-04-2009 [09:09]


Müğənni Nadir Qafarzadə telekanal aparıcılarının qeyri-peşəkar olmalarından narazıdır. Onun dediyinə görə, bizdə maraqlı verilişlər çox azdır, əksəriyyəti bir-birinə bənzəyir: "Müğənnilərimizin apardığı verilişlər isə toyxananı xatırladır. Bu bir yana, onların davranışı, intellektləri və danışıq qabiliyyətləri də xoşagəlməz səviyyədədir. Sözün düzü, mənə toy məclislərini yaxşı apardığımı desələr də, televiziyada özümü aparıcı kimi görmürəm. Bilirəm ki, dilimin bəlasına düşəcəyəm, bu isə yeni "qırğın"lara səbəb olacaq. Dediyim qüsurlara görə, peyk antennası vasitəsilə xarici kanalların proqramlarına baxmağa üstünlük verirəm". Diqqətinizə çatdıraq ki, xalq artisti Faiq Ağayevlə aralarında münaqişə olduğundan Nadir Qafarzadə həmkarı İradə İbrahimovanın toyuna dəvət olunmadı. O isə bunu ört-basdır edərək, mətbuata qız toyundan xəbərsiz olduğunu, bəy toyu günü isə ABŞ-da prezident Obamanın həyat yoldaşının qohumlarından birinin toyuna dəvət aldığını bildirib. Deyəsən, Nadir bəy xaricə yaman meyl edir. Ötən il də o, ölkəni tərk edərək, Türkiyədə qərarlaşacağını deyirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA