Cavanzir Məmmədov həmkarlarını yalançılıqda ittiham etdi

img

15-04-2009 [07:40]


ATV telekanalının növbəti çəkilişi zamanı müğənnilərimizin toy qiymətlərini süni şəkildə qaldırması mövzusu çözüldü. Özünü ?Toylar İmperatoru? adlandıran əməkdar artist Cavanşir Məmmədovun toy qonorarı Elton, Ayaz, Zamiq kimi gənc ifaçıların toy qonorarları ilə müqayisə edildi. Nəticədə, bəlli oldu ki, gənc ifaçıların qonorarları ömrünün çox hissəsini toylara həsr etmiş təcrübəli müğənnilərin, o cümlədən ?Toylar Şəhzadəsi? Elarizin və keçmiş ?Toylar Kralı? Səməd Səmədovun qonorarından 2 dəfə çoxdur. C.Məmmədov bunun səbəbini belə izah etdi: ?Toya baha qiymətə getmək sənət cəhətdən üstün olmaq deyil. Mən də toy qonorarımı 5-10 min manatadək qaldıra bilərəm, amma bunu özüm etmirəm. Çalışıram ki, maddi imkanı güclü olmayan insanlar da məni və tərəf müqabilim Füruzə İbadovanı öz xeyir işlərinə çağıra bilsinlər. Məhz bu güzəştin nəticəsidir ki, bugünkü çətin durumda belə, bizim ayda 20-25 toyumuz olur. Amma Faiq Ağayev kimi toya baha qiymətə gedən müğənnilərin ayda 1-2 toyu olur. Onu da deyim ki, bğir çox müğənnilərimiz öz toy qiymətlərini süni şəkildə şişirdirlər, reallıqda isə belə deyil. Bəzi gənc populyar müğənnilər yarım saata 2 min manata getdiklərini deyirlər. Bu, yalandır! Yarım saatlıq toy qonorarı 300-500 manatdan artıq deyil! Müğənnilərimizin aparıcılıq etmələri də düzgüün deyil. Müğənni toy məkanına ağa kimi girib, ağa kimi də çıxmalıdır. İnşallah, toy adət-ənənələrimiz, toy mədəniyyət i ilə bağlı bütün maraqlı və incə məqamlarla bu yaxınlarda işıq üzü görəcək kitabım vasitəsilə tanış ola bilərsiniz?. Çəkilişdə iştirak edən prodüser Roland isə Cavanşir Məmmədov kimi müğənniləri sənəti unutmaqda ittiham etdi və gənclərə haqq qazandırdı: ?Cavanşir bəyin sonuncu klipi 2003-cü ildə çıxıb. Emil Bədəlov, Zamiq, Ayaz, Elton kimi gənc müğənnilər isə ildə 2-3 klip çəkdirir, mahnılarını dövriyyəyə buraxır, maraqlı layihələrə imza atırlar. Bunlar isə pul tələb edir. Bu səbəbdən də onlara tələbat daha yüksəkdir və toya daha baha qiymətə gedirlər ki, layihələrə sərf etdikləri vəsaitin əvəzini çıxa bilsinlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA