Xatirə, Sevda və Nadirin adi romanda hallandı

img

11-04-2009 [07:39]


[b]?Əjdaha?nın ləqəbi ələ salındı [/b] Taleh Şahsuvarlının yenicə çapdan çıxmış ?Canlanma? tarixi metaromanında şou-biznes əhlinin də adını hallandırıb. Məşhur muğam ustası Alim Qasımovla yanaşı Xatirə İslam, Nadir Qafarzadə və Sevda Ələkbərzadə də bədiiləşdiriliblər. Alim Qasımovun ecazkar səsi ilə müəllif əsərin mistik çalarlarını tamamlayır, Sevda Ələkbərzadə isə ?Şəbi-Hicran? oxumaqla qərb və şərq musiqisi arasında körpü qurur, Xatirə İslam kütləvi musiqinin təmsilçisi kimi el şənliyinə dəvət olunur. Ən maraqlı məqam isə bədii əsərdə Nadir Qafarzadənin ?Əjdaha? ləqəbinin ələ salınmasıdır. Əsərin müəllifi Taleh Şahsuvarlı Müstəqil İnformasiya Agentliyinə verdiyi acıqlamada şou-biznes nümayəndələrinin adının romanda hallanmasında təəccüblü heç nə olmadığını bildirib: Adı çəkilən sənətkarlar, o cümlədən dünyaca məşhur ?Manowar? qrupundan romanda söz edilməsi təbiidir. Çünki onlar cəmiyyətdə müzakirə mövzusudur. Deyək ki, bir adam oğlunun toyuna Xatirəni dəvət etmək istəyir və onu soraqlayır. Bu cür nüansların bədii mətnə salınması təbiidir. Yaxud, bu gün Azərbaycanda ?əjdaha? deyəndə Nadir, Nadir deyəndə ?əjdaha? yada düşürsə mifoloji şüurla bu günkü ictimai rəyi qarşılaşdıranda onun ləqəbindən faydalanmamaq mümkün deyil. Müəllif əlavə edib ki, adı çəkilən sənətçilərin hər birinə kitabdan bir nüsxə göndərməyə hazırdır. Xatırladaq ki, ?Canlanma? Azərbaycan ədəbiyyatında məxməri inqilab sayılır və əsərin bir fəslində ?T?, digər parçasında isə ?Ş? hərfindən istifadə edilməyib. Bundan əlavə, ?Canlanma? Azərbaycan ədəbiyyatına metanomiya və aliiteratsiya zənginliyi gətirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA