Kukla Teatrı Azərbaycanın rayonlarına səfər edəcək

img

04-04-2009 [09:54]


Abdulla Şaiq adına Dövlət kukla Teatrı yaxın vaxtlarda Azərbaycanın rayonlarına səfər edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) teatrın direktoru Rəhman Əlizadə məlumat verib. Direktorun sözlərinə görə, səfər aprel, may aylarında baş tutacaq. Teatrın kollektivi səfər zamanı Şəki, Balakən, Qax, Zaqatala rayonlarında balaca tamaşaçıların qarşısında səyyar tamaşalarla çıxışlar edəcək: ?Biz çalışırıq ki, teatrın repertuarında olan tamaşalar bütün rayonlarda nümayiş olunsun. Rayonlarda bizə çoxlu məktublar, müraciətlər olunur. O tamaşaçıların gözünü intizarda qoymaq da düzgün deyil. Paytaxt elədir ki, hamı gəlir və istədiyi tamaşalara baxır. Rayonda yaşayan həmyerlilərimiz in hər tamaşaya baxmaq imkanı qeyri-məhdudur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA