Ədliyyə Nazirliyi AYO-nu qeydiyyata almaqdan 3-cü dəfə imtina etdi

img

11-04-2009 [03:37]


Ədliyyə Nazirliyi ?Azad Yazarlar Ocağı? ictimai birliyini qeydiyyata almaq istəmir. Bu barədə qurumun idarə heyətinin sədri Rafiq Tağı redaksiyamıza məlumat verib. 30-dan artıq müstəqil yazarı birləşdirən ədəbiyyat məramlı bu qurumun missiyası yeni, müstəqillik dövrü ədəbiyyatının yaradılmasından, istedadlı gənclərin dəstəklənməsindən ibarətdir. Zahirən, humanist hədəfləri olan bu təşkilatın qeydiyyata alınmamasının heç bir səbəbi ola bilməz. Lakin, real mənzərə bunun əksini söyləyir ? Ədliyyə Nazirliyində ?Azad Yazarlar Ocağı? İB-nin sənədlərini geri qaytarıblar. Qeyd edək ki, bu sənədlərin geri qaytarılmasının 3-cü mərhələsidir. R.Tağı sənədlərin yenidən hazırlanıb Ədliyyə Nazirliyinə təqdim edilməsini mənasız hesab edir, artıq məhkəməyə və beynəlxalq təşkilatlara müraciət etməkdən başqa bir çarənin qalmadığını söyləyir. Əlavə olaraq onu da bildirək ki. Azad Yazarlar Ocağının sıralarında Rafiq Tağı, Həmid Herisçi, Rasim Qaraca, Azad Yaşar, Nərmin Kamal, Seymur Baycan, Sevinc Pərvanə, Aqşin Yenisey, Orxan Eyp, Nicat Məmmədov kimi çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli adları təmsil olunurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA