Ağacəbrayıl Abbasəliyev yenidən ?Xalq ulduzu-3? müsabiqəsinə qayıdıb

img

03-04-2009 [07:12]


Əməkdar artist Ağacəbrayıl Abbasəliyev yenidən ?Xalq ulduzu-3? müsabiqəsinə qayıdıb. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə (mia.az) sənətkarın özü verib. Münsif üzvünün sözlərinə görə, müsabiqəyə qayıdışı onun üçün gözlənilməz olub: ?Müsabiqənin təşkilatçıları belə məsləhət bilib ki, mən yenidən münsif üzvü olum. Mən də edilən təklifi qəbul etdim. ?Xalq ulduzu-3? aprelin 9-u efirdə olacaq. Hazırda isə məşqlərə başlanılıb. Bu dəfə yarışmada 16 iştirakçı mübarizə aparacaq. Çalışacağıq ki, unudulmuş xalq mahnıları yenidən gündəmə gəlsin?. Qeyd edək ki, Ağacəbrayıl Abbasəliyev ?Xalq ulduzu-1? də münsiflər heyətində təmsil olunsa da, ?Xalq ulduzu-2? yarışmasının münsiflər heyətinin üzvlüyündən kənarlaşdırmışdılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA