Elzad Abdullayev baz redaktoru 30 min manat rüzvət hesabına həbs etdirib?

img

11-04-2009 [12:27]


[b]Ali məktəb rəhbərinin səhvi ona baha başa gəlir[/b] ?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzilinin 1 il müddətinə həbs cəzası almasına nail olmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev həbs edilə bilər. Daha doğrusu, baş redaktor srağagün azadlığa buraxılandan sonra ölkə rəhbərliyinin rektorun özünün həbsinə artıq qərar verdiyinə dair xəbərlər yayılıb". Bu məlumat redaksiyamıza dünən daxil olub. Xəbərdə deyilir ki, rektorun və onun qardaşlarının, həmçinin ABU-nun prorektoru Hüseyn Əhmədovun onları tənqid edən jurnalistə qarşı xüsusi ittiham qaydasında məhkəmə davası açıb onun həbsinə nail olması sonuncular üçün heç də yaxşı qurtarmayacaq bir prosesin başlanğıcı oldu. A.Mərzilinin həbsi də onun azadlığa buraxılması qədər qəfil və gözlənilməz oldu. Qəzetimizə daxil olan məlumata görə, baş vermiş bu iki hadisənin davamı da kifayət qədər ilginc olacaq. Belə ki, növbədə ABU rektoru Elşad Abdullayevin cəzalandırılması dayanır. Hakimiyyətin beynəlxalq aləmdə təkləndiyi, ölkəmizə siyasi məhbuslar üzrə məruzəçinin təyin olunduğu, habelə AŞ PA məruzəçisi Andres Herkelin Azərbaycanda bulunduğu bir vaxtda belə bir məhkəmə qərarı ölkə rəhbərliyini ciddi şəkildə qəzəbləndirib. Bu səbəbdən olaya dərhal müdaxilə edən dövlət başçısı İlham Əliyevin reaksiyası jurnalistin azadlığa qovuşması ilə nəticələnib. Jurnalistlə bağlı cinayət işini icraata götürmüş hakim Tahir İsmayılova töhmət, həbs qərarını çıxarmış Abbas Rzayevə isə şiddətli töhmət verilməsi də hakimiyyətin baş vermiş olaya duyduğu qəzəbin nəticəsidir. Belə ki, rektorun özbaşına şəkildə, rüşvət hesabına baş redaktoru həbs etdirməsi hakimiyyətdə açıq qəzəb yaradıb. Mənbənin bildirdiyinə görə, E.Abdullayev A.Mərzilini həbs etdirmək üçün hakimə 30 min manat məbləğində rüşvət verib. Hakimin naşılığı, rektorunsa intiqam istəyi nəticəsində verilən bu qərar isə sonuncuya baha başa gələcək. E.Abdullayevin cəzalandırılması üçünsə onun rəhbəri olduğu universitetdəki neqativ halları ortaya qoymaq kifayətdir. Maraqlıdır ki, ABU-da baş verən qanunsuzluqlar, rektorun qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə əlaqədar dövri mətbuatda mütəmadi olaraq yazılar dərc edilib. Xüsusilə təhsil naziri Misir Mərdanov 2008-ci ildə ABU-da oxuyanların bir çoxunun universitetə qanunsuz yolla daxil olması və onlara saxta diplom verilməsi ilə bağlı açıqlama verəndən sonra bu məsələ daha da aktuallaşmışdı. 2009-cu ilin yanvar-fevral aylarınadək bu məsələyə dair ən müxtəlif informasiyalara rast gəlinib. Onların arasında Təhsil Nazirliyinin xahişi ilə prokurorluq orqanlarının ABU-da yoxlamalara başlaması, universitet rəhbərliyinin tez-tez dindirilməsi kimi məlumatlar da vardı. Qeyd edək ki, ABU ilə bağlı qalmaqal hələ səngiməyib. Hələ də bir çox məzunlar diplomlarını ala bilmir, Təhsil Nazirliyi isə bu məsələləri araşdırmaqla məşğuldur. Digər tərəfdən, E.Abdullayevin ?vurulması? prosesi hələ 2005-ci il parlament seçkiləri dövründən başlanıb. Həmin vaxt seçki prosesinə 1 milyon dollara yaxın pul xərcləyən rektorun müxalifətdən olan namizədə uduzması faktını da unutmaq olmaz. E.Abdullayevin son hərəkəti isə siyasi hakimiyyəti qəzəbləndirməklə yanaşı onunla bağlı daha əvvəldən hazırlanan, amma bir müddət təxirə salınan cəza planının həyata keçiriləcəyinə işarədir. ?Təzadlar?ın baş redaktoru Asif Mərzili də hesab edir ki, prezidentin onun həbsi ilə bağlı olaya bu cür reaksiyasından sonra E.Abdullayevin həbsi mümkündür. Müsahibimizin sözlərinə görə, E.Abdullayevin rəhbərlik etdiyi universitetdəki neqativ hallarla bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çoxdan bəri məhkəmə prosesi gedir: ?Orada təqdim olunan faktlar, zərərçəkən ifadələri də göstərir ki, ortada çox ciddi pozuntular olub. Bu kontekstdən yanaşanda hesab edirəm ki, Elşad Abdullayevin həbsi mümkündür?. Hadisə ilə bağlı rektor Abdullayevi də danışdırmaq istədik. Lakin göstərdiyimiz bütün cəhdlər nəticəsiz qaldı. Cənab Abdullayev qəzetimizə müraciət edərsə, onun da fikir və rəylərini dərc etməyə hazırıq. Sevinc TELMANQIZI

Digər xəbərlər
SON XƏBƏRLƏR