Mətbuat Şurası jurnalistlərə vəsiqə paylamağı azaldıb...

img

15-04-2009 [01:35]


Son günlər curnalistlər arasında özünü göstərən problemlərdən biri də Mətbuat Şurası tərəfindən verilən, müddəti bitmiş vəsiqələrdir. Həmkarlarımız hadisə yerinə, tədbirə, reportaca gedəndə bəzən vəsiqələrini təqdim edərkən, onların müddətinin keçməsi informasiya almalarına mane olur. Maraqlıdır, qurum bu problemi nə vaxt həll edəjək? Vəsiqələrin paylanmasındakı ləngimənin səbəbləri nələrdən ibarətdir? Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, rəhbəri olduğu qurum jurnalistləri vəsiqələrlə təmin etmək üçün 2005-ci ildə təlimat hazırlayıb. Həmin təlimatda ölkə jurnalistlərinin vəsiqələrlə təmin olunmasıyla bağlı şərtlərin olduğunu deyən MŞ sədri əsas problemin nədən qaynaqlandığını açıqladı: ?Biz hazırda bilmirik ki, ölkədə nə qədər jurnalist var. Onların sayı dəqiq deyil. Bundan başqa, redaksiyalarda jurnalistlərin hüquqları pozulur, onlarla müqavilə bağlanmır. Onlar Əmək Məcəlləsində nəzərdə tutulan güzəştlərdən yararlana bilmirlər. Məsələn, redaksiya rəhbərliyinin xoşuna gəlməyəndə onlar işdən çıxarılırlar. Bütün bunlara son qoyulması üçün Mətbuat Şurası vəsiqənin paylanması üçün müqaviləni və onun şərtlərinə əməl olunmasını şərt kimi irəli sürür?. 2005-2006-cı illərdə 300-ə yaxın jurnalistə vəsiqə payladıqlarını deyən MŞ sədrinin sözlərinə görə, bundan sonra nəzarət-təftiş komissiyası tərəfindən də araşdırmalar aparılıb. Belə ki, vəsiqə paylanan jurnalistlərlə çalışdıqları qəzetin rəhbərliyi arasında bağlanan müqavilələr, onların şərtləri araşdırmanın əsas hədəfi olub: ?Məlum oldu ki, hətta vəsiqəsi olan jurnalistlərin çalışdıqları müəssisələrdə də Əmək Məcəlləsinin tələblərinə əməl olunmur, jurnalistlərin hüquqları pozulur. Ona görə də vəsiqələrin verilməsini azaltdıq?. Ə.Amaşov onu da bildirdi ki, Mətbuata Dövlət Yardımı Fondu fəaliyyətə başlayandan sonra qəzetlərin maliyyələşmə prosesinə də start veriləcək. Bu zaman əsas şərtlərdən biri qəzetin redaksiyasında mühasibat işləri olacaq: ?Biz jurnalistlərlə müqavilə bağlanıb-bağlanmamasını, onların hüquqlarının necə qorunmasını da tələb kimi qoyacağıq. Bu isə Mətbuat Şurasının Azərbaycan jurnalistlərinə vəsiqə verməsində dönüş yaradacaq. Biz vahid vəsiqə sistemini ona görə tətbiq etmişik ki, bu vəsiqəyə sahib olan jurnalistlərin informasiya təminatında heç bir problem yaranmasın. Yəni onlar müəssisələrə, iş adamlarına, məmurlara informasiya üçün müraciət edərsə, qarşılarında heç bir problem yaradılmasın?. MŞ sədri bildirdi ki, apardıqları hesablamalar ölkədə 2000-ə yaxın jurnalistin fəaliyyət göstərə biləcəyini təsdiqləyir. Onun sözlərinə görə, ayrı-ayrı qurumlardan alınan informasiyalar isə bu rəqəmi inkar edir: ?Həmin məlumatlara əsasən, ölkədə 40-50 min jurnalist fəliyyət göstərir. Bunların arasında isə nəşr olunmayan qəzetlərin əməkdaşları, reket jurnalistlər üstünlük təşkil edir. Bu isə ümumən jurnalistikanın imicini aşağı salır. Biz isə vəsiqəni həm də ona görə veririk ki, ölkədə neçə jurnalistin fəaliyyət göstərdiyini müəyyənləşdirək və onların hüquqlarının qorunmasını bu yolla da olsa, təmin edək?. [b]"Yeni Müsavat"[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR