Niyaməddin yeni klipini - "Küskünəm"i təqdim etdi

img

09-04-2009 [08:14]


Özünü daha çox türk mahnılarının ifaçısı kimi tanıdan müğənni Niyaməddin Salami sənət dostlarını və jurnalistləri başına toplayaraq, yeni klipini təqdim etdi. Musiqisi Ramal Yaquboğluna, sözləri Kənan M.M.-ə məxsus "Küskünəm" adlı mahnı elə onun söz yazarı tərəfindən ekranlaşdırılıb. Orijinallığı ilə seçilməyən klip media təmsilçiləri tərəfindən müsbət qarşılanmasa da, mahnı haqda rəylər daha xoş idi. Səbəbkar özü isə mahnı haqda fikrini belə bildirdi: "Bu mahnı böyük əsər olmasa da, tam ürəyimcədir. Məni ilk növbədə onun sözləri cəlb etdi. Amma mahnı ərsəyə gələnə kimi xeyli vaxt itirdik. Çünki Kənan Türkiyədə idi". Deyəsən, klipin rejissoru da öz işindən razı qalmadığı üçün tədbirdə iştirak etmirdi. Nədənsə, mahnının bəstəçisi də gözə dəymirdi. Niyaməddini təbrik etməyə gələn sənət dostları arasında Almaz Ələsgərli, Rəhim Rəhimli, Elton, "elit star" Cəmilə, Elariz də var idi. Lakin dəvət alan bir neçə xalq artistinin məclisə gəlməməsi səbəbkarın narazılığını büruzə verirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA