Mədəniyyət və Turizm Nazirliyi arazdırma aparır

img

02-04-2009 [01:57]


[b]Dövlətə məxsus adlardan qanunsuz mal nişanı kimi istifadə edilir [/b] Respublikada fəaliyyət göstərən bəzi hüquqi və fiziki şəxslər tarixi adlar, tarixi və mədəni sərvətlərin adları və onlarla bağlı xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə edirlər. Aparılan araşdırmalar göstərib ki, bir çox hallarda dövlət mülkiyyəti sayılan həmin ad və işarələrdən istifadə olunarkən müvafiq qurumlardan icazə alınmır. Belə bir icazəni verən dövlət orqanı isə Mədəniyyət və Turizm Nazirliyidir. Nazirlikdən MİA-ya bildirilib ki, ?Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətlərinin adları və onlarla bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadəsinə icazə verilməsi Qaydaları?na əsasən, dövlət mülkiyyətində olan tarixi adlar, tarixi və mədəni sərvətlərin adları və onlarla bağlı xüsusi işarələrdən icazəsiz olaraq əmtəə nişanı kimi istifadə oluna bilməz. Nazirlik hazırda bu məsələ ilə bağlı araşdırma aparır. Araşdırma başa çatandan sonra indiyədək dövlət mülkiyyəti olan ad və işarələrdən əmtəə nişanı kimi qanunsuz istiafadə edən fiziki və hüquqi şəxslərdlən müvafiq sənədlər əsasında icazə almaq tələb ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA