Mirmahmud Mirəlioğlu: ?Türkiyə hökuməti Azərbaycanı tək qoya bilər, amma Türkiyə Azərbaycanı tək qoymayacaq?

img

09-04-2009 [04:40]


?Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasıyla bağlı bizim mövqeyimiz dövlət mövqeyidir, türklük mövqeyidir. AKP hakimiyyətə gələndən bəri bizim hamıdan fərqli münasibətimiz olub. Hesab edirəm ki, AKP Türkiyə üçün qaranlıqlar vəd edir?. Bu sözləri Demokratiya Uğrunda İttifaqa daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, həm Qarabağ, həm də digər məsələlərdə Türkiyə hökuməti Azərbaycanı tək qoya bilər, amma Türkiyə Azərbaycanı tək qoymayacaq: ?AKP bir gün hakimiyyətdən gedəcək. Düşünürəm ki, bu partiya Türkiyənin tarixində bir qara ləkə olacaq. Bunu hər kəs bilir. Onların siyasəti Türkiyəyə heç nə vermir, diqqət çəkməkdən ötrü yüz oyundan çıxırlar. Bu məsələlər var və bunların hamısına bizim münasibətimiz də ortadadır?. Sərhədlərin açılması məsələsinə gəldikdə isə M.Mirəlioğlu fərqli münasibət bildirib: ?Ermənistnla Türkiyə arasında sərhəd heç vaxt bağlı olmayıb. Bunu bilənlər bilir. Amma indi bir təklifə görə bu qədər təşvişə düşməyi də yersiz sayırıq. Təbii ki, narahatlığımızı ifadə etməliyik. Bu məsələdə Azərbaycan hökumətinin mövqeyini doğru sayırıq?. Sonda KXCP sədri Demokratiya Uğrunda İttifaq olaraq Türkiyə ilə Ermənistan sərhədlərinin açılması ilə bağlı mövqelərini aprelin 13-də ortaya qoyacaqların qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA