Bakı Kamera Teatrının kollektivi Şəkiyə səfər edəcək

img

09-04-2009 [03:57]


Bakı Kamera Teatrının kollektivi aprelin 16-da Şəki şəhərinə səfər edəcək. İki günlik səfər müddətində teatrın yaradıcı heyəti Cəfər Cabbarlının ?Aydın? və Hüseyn Cavidin ?Şeyx Sənan? tamaşası ilə çıxış edəcək. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə teatrdan daxil olub. Hazırda isə teatr yeni əsərlər üzərində işləyir. Bunlardan biri Maksim Qorkinin ?Həyatın dibində?, ikincisi isə Martinin ?Yastıq adam? pyesidir. Qeyd edək ki, ?Həyatın dibində? əsərinin quruluşçu rejissoru İrina Perlova, ?Yastıq adam?ınkı isə Cənnət Səlimovadır. Hər iki tamaşa bu ilin sonuna kimi təqdim ediləcək. Teatrdan onu da bildiriblər ki, baş rejissor Cənnət Səlimova dünəndən Gənc Tamaşaçılar Teatrına baş rejissor və bədii rəhbər təyin edilib. Onu da bildirək ki, teatr may ayında Gənc Tamaşaçılar Teatrına birləşəcək. Hələlik isə Əbilov adına Mədəniyyət evində məşq edən teatr səhnələşdirdiyi tamaşaları Aktyorlar evində təqdim edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA