Bakıda beynəlxalq muğam festivalı öz izini davam etdirir

img

22-03-2009 [02:24]


?Bakı İslam Mədəniyyətinin paytaxtı-2009? tədbirləri çərçivəsində keçirilən beynəlxalq muğam festivalı çərçivəsində martın 21-də növbəti konsert proqramı keçirilib. Beynəlxalq muğam mərkəzində keçirilən konsertdə xalq artistləri Mənsum İbrahimov ?Rast?, Mələkxanım Eyyubova isə ?Bayatı-Şiraz? muğamlarını ifa ediblər. Həmçinin Konsertdə İtaliyadan Maraqi və Suriyadan Al Kindi ansamblları çıxış edib. Qeyd edək ki, martın 25-dək davam edəcək ?Muğam Aləmi? festivalında Azərbaycan ilə yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunur. Həmçinin, muğam ifaçılarının beynəlxalq müsabiqəsi də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA