Cənnət Səlimova Gənc Tamazaçılar Teatrına baz rejissor təyin edilib

img

09-04-2009 [03:52]


[b]Teatrın yaradıcı kollektivi Kazan şəhərində keçiriləcək festivalda ?Pəri-cadu? əsəri ilə çıxış etməyi planlaşdırır[/b] İki ildən yuxarıdır ki, təmirə dayanan Gənc Tamaşaçılar Teatrının banasında artıq təmir işləri başa çatır. Bu barədə MİA-ya teatrın direktoru Mübariz Həmidov məlumat verib. M.Həmidovun sözlərinə görə, artıq son tamamlama işləri gedir, mövsumün sonuna kimi hər kəs öz otağında olacaq. Təmirdən sonra öz məkanına qayıdacaq teatrın açılış mərasimi sentyabr ayına qədər uzanacaq. Buna səbəb isə teatrın iki yubileyi birdən keçirmək istəyidir: ?Yeni tamaşalar var. Bizə isə 6 ay vaxt verilib. Həmin vaxtdan istifadə edib açılış mərasimi üçün nəzərdə tutulan tamaşaları teatrsevərlərə təqdim etməliyik?. M.Həmidov bildirdi ki, teatra artıq yeni baş rejissor təyin edilib: ?Kamera Teatrının baş rejissoru Cənnət Səlimova artıq bizim teatrın baş rejissorudur. Teatr üçün bundan gözlənilməz nə ola bilər? Hələ bu harasıdır, teatrda yeni bədii şura da yaradılacaq?. Teatrın ştat cədvəlini açıqlayan direktor yaradıcılığı da yaddan çıxarmadı. Qeyd edək ki, teatr Kazanda keçiriləcək türkdilli xalqların Beynəlxalq Teatr Festivalına dəvət alıb. İyulun 2-dən 6-na kimi davam edəcək səfərdə teatrın kollektivi ?Pəri-cadu? əsəri ilə çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA