Uzaq təzkilatları və parlamentləri ?Uzaq ili?ndən danızdılar

img

31-03-2009 [04:54]


Bu gün ?Gənc Liderlər? Uşaq Təşkilatının(GLUT) təşəbbüsü ilə ?Uşaq İli? çərçivəsində ?Uşaq İli?indən nə gözləyirik?? mövzusunda dəyirmi masa keçirilib. Prezidentin təsdiq etdiyi Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq ?Uşaq ili?inin təbliğatı məqsədi ilə keçirilən toplantıda Bakının 10 məktəbinin(2, 7, 47, 53, 147, 158, 258, 302, Elitar Gimnaziya və BDU-nun Gənc İstedadlar Litseyi) şagird parlamentlərinin üzv və rəhbərləri, müxtəlif uşaq təşkilatlarının nümayəndələri iştirak edib. Toplantını giriş sözü ilə açan ?Gənc Liderlər? Uşaq Təşkilatının sədri Fərid Şahbazlı ?Uşaq ili?inin uşaq hüquqlarının qorunmasında əhəmiyyətli il olacağını söyləyib. GLUT sədri ?Uşaq ili?nin elan edilməsini ölkə prezidentinin uşaqlara olan qayğısı kimi qiymətləndirib. F.Şahbazlı eyni zamanda il çərçivəsində uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının səmərəli təşkili üçün qanunvericilik bazasının təkmilləşdirilməsini vacib sayıb. F.Şahbazlı bu məqsədlə GLUT-un yaxın günlərdə millət vəkillərinə müraciət edəcəyini bildirib. GLUT sədri il çərçivəsində media ilə də əlaqələrin genişləndiriləcəyini vurğulayıb. Daha sonra çıxış edən Azərbaycan Uşaqdan Uşağa Sülh Şəbəkəsinin(AUUSŞ) koordinatoru Kənan Bağırov tədbirin əhəmiyyətini qeyd edərək, ?Uşaq ili?ndə uşaqların daha çox həmrəyliyinə ehtiyac olduğunu vurğulayıb. K.Bağırov xüsusi qayğıya ehtiyacı olan, küçə uşaqlarının həyatından danışaraq, onların əməyinin istismarının artıdığı söyləyib. AUUSŞ koordinatoru uşaqların problemlərinin həllində təkcə dövlətin deyil, hər bir kəsin əsl vətəndaş mövqeyindən çıxış etməsinin vacibliyini önə çəkib. Daha sonra təkliflər səslənib. Uşaqlar ?Uşaq İli?ndə uşaq ombudsmanı, uşaq televiziyasının yaradılması, uşaq parlamentlərinin fəaliyyətinin artırılmasını, Azərbaycan uşaqlarının beynəlxalq təşkilatlarla əməkdaşlığı üçün yeni layihələrin hazırlanması və.s. təklifləri ilə çıxış ediblər. Tədbir müzakirələrlə davam edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA