?Qarabağ və Respublika Uğrunda? Təzviqat Qrupu MSK-ya hesabat verməyə hazırdır

img

09-04-2009 [01:58]


18 mart referendumunda iştirak edən təşviqat qrupları Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatı verməyə başlayıb. Müxalifət partiyalarının təsis etdiyi ?Qarabağ və Respublika Uğrunda? Təşviqat Qrupu da hesabat verməyə hazırlaşır. Bu barədə ?Qarabağ və Respublika Uğrunda? Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Həsən Kərimovun Müstəqil İnformasiya Agentliyinə (mia.az) verdiyi məlumata görə, hazırda rayon təşkilatlarından hesabatları toplayır və yaxın müddətdə MSK-ya təqdim edəcəklər: ?Bizim hesabat verməyimizdə heç bir problem yoxdur. Artıq demək olar ki, daxili hesabatlar başa çatmaq üzrədir. Bütün yerli təşkilatlardan hesabatları toplayandan sonra ?Qarabağ və Respublika Uğrunda? Təşviqat Qrupu olaraq hesabatımızı verəcəyik?. H.Kərimov onu da deyib ki, təşviqat kampaniyasına ayrılan vəsaitdən bir manat belə qalmayıb, hamısı kampaniya dövründə xərclənib: ?Biz elə təkcə çap materiallarına 8 min manat vəsait xərcləmişik. Ayrılan vəsait o qədər də çox deyildi ki, nəsə qalsın. Hətta bəzi rayon təşkilatları bir sıra işləri öz hesablarına görüblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA